Əsgərlərə XAİN HÜCUM: çox sayda şəhid və yaralılar var
Əsgərlərə XAİN HÜCUM: çox sayda şəhid və yaralılar var
22 Oktyabr 2019 16:09 DünyaYPG/PKK terror təşkilatı Təl Abyad və Ras əl Eyndə Suriya Milli Ordusuna (SMO) hücum edib.
Olaylar.az xəbər verir ki, terrorçu kamikadzelərin özünü partlatması nəticəsində 3 əsgər şəhid olub, 18-i yaralanıb.
Bölgədəki SMO əsgərləri terrorçulardan təmizlənən şəhərlərin təhlükəsizliyini və etibarlılığını təmin etmək üçün patrul xidməti göstərir.
Türkiyə Silahlı Qüvvələrinin 9 oktyabrda start götürən "Sülh çeşməsi" hərəkatı çərçivəsində 84 SMO əsgəri şəhid olub, 310-u yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31