Əbu-Dabidə dünyanın ən qədim mirvarisi tapılıb

Əbu-Dabidə dünyanın ən qədim mirvarisi tapılıb

Dünyanın ən qədim mirvarisi Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə tapılıb.

Olaylar.az xəbər verir ki, mütəxəssislər onun 8 min il yaşı olduğunu iddia edirlər. Marava adasındakı qazıntılar zamanı aşkar edilən mirvari ilə yanaşı neolit dövrünə aid qalıqlar da tapılıb.

Mütəxəssislər bildirib ki, tapıntı hələ o dövrlərdə mirvarinin ticarət məqsədilə istifadə edildiyini sübut edir.

Mirvari Əbu-Dabidə Luvr muzeyində sərgiyə qoyulacaq. Sərgi oktyabrın 30-dan sonra ziyarətçilərin ixtiyarına veriləcək.

Arxieloqlar bildirib ki, zinət əşyası eramızdan əvvəl 5800 və ya 5600-cü illərə aiddir. "Əbu-Dabinin mirvarisi" adlandırılan əşya "Dəbdəbənin 10 000 yaşı" adı ilə sərgilənəcək.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31