Ərdoğan: “700-800 terrorçu Suriyanın şimalından geri çəkilib”
Ərdoğan: “700-800 terrorçu Suriyanın şimalından geri çəkilib”
22 Oktyabr 2019 14:13 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşməmişdən əvvəl mətbuat konfransı keçirib.
Olaylar.az türk mediasına istinadən bildirir ki, Ərdoğan, indiyə qədər PKK/YPG-PYD-nin 700-800 terrorçusu Suriyanın şimalından geri çəkildiyni deyib: "Bu gün səhər Milli Müdafiə naziri Hülusi Akarla danışdım. O mənə bildirdi ki, terrorçuların təhlükəsiz bölgə kimi nəzərdə tutduğumuz əraziləri boşaltması davam edir. Hazırda ərazidə olan 1200-1300 terrorçunun da sürətlə bölgədən çıxması müşahidə olunur. Təbii ki, biz prosesi izləməkdə davam edəcəyik. Terrorçuların hamısı bölgədən çıxmayana qədər proses başa çatmış sayılmaz".
Prezident qeyd edib ki, əgər terrorçular bölgəni tərk etməsələr "Barış pınarı" antiterror əməliyyatı yenidən davam etdiriləcək. Onun sözlərinə görə, əməliyyat nəticəsində 775 terrorçu zərərsizləşdirilib.