Qız sevgilisinin telefonunda elə şəkillər gördü ki, özünü asdı - FOTO

Qız sevgilisinin telefonunda elə şəkillər gördü ki, özünü asdı - FOTO

21 yaşlı qız sevgilisinə görə özünü öldürüb.

Mançester şəhərində yaşayan 21 yaşlı Lydia Roberts sevgilisinin telefonunda çılpaq uşaq şəkilləri gördükdə özünü alçaldılmış və təhqiredilmiş hiss edib və özünü asıb.

Rusiya saytlarının birindən yüklənən şəkilləri görən qız Adam Wells adlı sevgilisi ilə dalaşıb. Oğlan evdən çıxaraq dostları ilə əylənməyə gedib. Adam gecə saat 3-də evə qayıdanda sevgilisinin asılmış cansız bədənini görüb.

O, intiharla əlaqədar saxlanılıb. Araşdırmalardan sonra, Adam Wells azyaşlılara aid pornoqrafik materiallara yiyələndiyinə görə cərimələnib və adı təcavüzlə əlaqəli cinayət işləyən şəxslər siyahısına salınıb.

Qeyd edək ki, Lydia və Adam 2 il sevgili olublar.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31