Dünyanın DƏHŞƏTLİ ÜZÜ: Ana 11 yaşlı qızını 1 butulka arağa seks köləliyinə verir
Dünyanın DƏHŞƏTLİ ÜZÜ: Ana 11 yaşlı qızını 1 butulka arağa seks köləliyinə verir
22 Oktyabr 2019 13:47 DünyaRusiyanın Orlov əyalətinin sakini 11 yaşlı qızını seksual köləliyə verirmiş.
Mənfur ananın 8 uşağı var. 7 uşaq himayə orqanları tərəfindən onun əlindən alınıb. 11 yaşlı qızcığazı isə gizlədə bilmişdi. Bəzən evdə qəfəsdə saxlayır, harasa gedəndə isə tor setkada daşıyırdı. Hər gecə bir butulka arağa görə seksual köləliyə verirdi.
İstintaq komitəsinin məlumatına görə, genetik xəstəliyə tutulan 11 yaşlı qızcığaz xəstəxanaya yerləşdirilib.
Xəstəxananın baş həkimi Lyudmila Krılovanın sözlərinə görə, uşaq onlara təslim ediləndə çox ağır vəziyyətdə idi.
"Qız danışmır, insanlardan qorxur, qaşıqdan istifadə edə bilmir, yeməyi udaraq yeməyə çalışır", - deyə hakim qeyd edir
Milli.Az