Yaponiyanın yeni imperatoru taxta çıxdı
Yaponiyanın yeni imperatoru taxta çıxdı
22 Oktyabr 2019 11:41 DünyaTokioda Yaponiya imperatoru Naruhitonun rəsmi intronizasiya mərasimi keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə "Japan Times" məlumat yayıb.
Tədbirdə 180-dən çox ölkədən nümayəndə, həmçinin 2 minə yaxın qonaq iştirak edib.
"Mən konstitusiyaya və imperator evi haqqında qanuna uyğun olaraq taxta çıxdım. Taxta çıxma mərasimindən sonra bunu ölkəyə və bütün dünyaya elan edirik", - deyə imperator bildirib.
O, "Yaponiya dövlətinin və xalqın birliyinin simvolu olaraq" öz vəzifələrini yerinə yetirəcəyinə söz verib.
Bundan əvvəl Yaponiya hökuməti "Xaqibis" tayfunu səbəbindən Naruhitonun intronizasiya paradının başqa vaxta keçiriləcəyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31