Universitetlərdə smartfonlardan istifadəyə qadağa qoyuldu
Universitetlərdə smartfonlardan istifadəyə qadağa qoyuldu
22 Oktyabr 2019 11:18 DünyaHindistanın şimalında yerləşən Uttar-Pradeş ştatındakı kollec və universitetlərdə smartfonlardan istifadəyə qadağa qoyulub. Bu barədə "Hindustan Times" qəzeti yazır.
"Bu məhdudiyyət tələbələr üçün daha uyğun tədris mühiti yaratmağa imkan verəcək" - qəzet Uttar-Pradeşin ali təhsil məsələləri üzrə idarəsinin bəyanatından sitat gətirib. Qadağa həm tələbələr, həm də ştatın bütün ali məktəb müəllimlərinə şamil olunur.
Qeyd edək ki, iyunun 1-dən etibarən Uttar-Pradeş ştatının baş naziri Yoqi Adityanatx yerli hökumətin iclaslarında smartfonlardan istifadəni qadağan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31