Türkiyə yenidən hərbi əməliyyatlara başlayır- 440 km ərazi azad ediləcək
Türkiyə yenidən hərbi əməliyyatlara başlayır- 440 km ərazi azad ediləcək
21 Oktyabr 2019 18:26 DünyaTürkiyə-Suriya sərhədindən 30-35 km cənuba geri çəkilməsi üçün 120 saatlıq müddət verilən PKK terror təşkilatı və dəstəkçilərinin üzvləri Hesekeyə doğru yola düşüb.
Bu barədə Türkiyə mediasına hərbi mənbələrdən xəbər verilib.
İnformasiyaya görə, bölgədə 10-15 min silahlı terrorçu var. "Sülh çeşməsi" hərəkatının irəliləməsi ilə terror təşkilatı liderlərinin dərhal bölgəni tərk etməsi ortaya çıxıb.
Bu günə qədər 30 min tır silah yardımı edilən terrorçulara 30-35 min nəfərlik silahlı qüvvələri təmin edəcək qədər ağır cihazlar verilib. PKK/YPG bölgədəki həbsxanalardan, ən az, 650 İŞİD üzvünü həbsxanadan çıxarıb.
əməliyyat başladığı gündən etibarən təslim olan terrorçuların sayı 40-dır. Tutulan və yaralananların isə toplamda 90-a çatıb.
Hazırda 120 km-lik sərhəd bölgəsi Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altındadır. Hərbi mənbələrin açıqlamasına görə, sabah saat 22:00-da verilən müddət başa çatdığı üçün bölgədə qalan terrorçular ordu tərəfindən zərərsizləşdiriləcək.
ABŞ ilə əldə olunan razılığa görə, Türkiyə 440 km ərazidə təhlükəsiz bölgə qurmaq niyyətindədir.
VETENİNFO.COM