Yeməklərini bəyənməyən sevgilisini bıçaqladı
Yeməklərini bəyənməyən sevgilisini bıçaqladı
21 Oktyabr 2019 18:24 DünyaYemək üstündə başlanan dava ölümlə nəticələnib.
Olaylar.az-ın BiG.AZ-a istinadən verdiyi xəbərə görə, hadisə Rusiyanın Nijeqorod vilayətinin Sarov şəhərində baş verib.
Belə ki, 55 yaşlı qadın bişirdiyi yeməyi bəyənməyən 40 yaşlı sevgilisini bıçaqlayıb. Ürək nahiyəsindən bir neçə zərbə alan kişi yerindəcə keçinib.
Kişinin sözlərindən çox incidiyini deyən qadın dindirmə zamanı günahını boynuna alıb.
Faktla bağlı istintaq davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31