“Ankara ilə Dəməşq arasında dialoq vacibdir” - Lavrov

“Ankara ilə Dəməşq arasında dialoq vacibdir” - Lavrov

Suriya ilə Türkiyə arasında dialoq vacibdir. Bu istiqamətdə biz də dəstəkləyici rolu oynamağa, belə bir təması təşviq etməyə hazırıq.

Olaylar.az  xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Serey Lavrov deyib.

Nazir Ankara ilə Dəməşq arasında dialoqun 1998-ci ildə imzalanmış Adana razılaşması əsasında aparılmasının gərəkli olduğunu da ifadə edib.

Bölgədə dialoq üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirən Sergay Lavrov deyib ki, tərəflərin təmasları zamanı Adana razılaşmasına müəyyən dəyişiklik və əlavələr etməyi əsas görərlərsə, bunu qarşılıqlı şəkildə qəbul edərlərsə bu onların qərarları olar: "Biz də bunu qəbul edib dəstəkləyərik".

Xatırladaq ki, Adana anlaşması 1998-ci ildə Türkiyə və Suriya dövlətləri arasında imzalanıb. Razılaşma tərəfləri təhdid edən terror təşkilatlarına qarşı tədbirlər görməyi, öz ərazilərində onların fəaliyyətinə maneə olmağı nəzərdə tutur. Anlaşmaya əsasən, hər iki ölkə lazım olan anda birgə əməliyyatlar təşkil edə, terror fəaliyyətlərini əngəlləmək üçün tədbirlərə əl ata bilər.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31