Braziliyada təyyarə avtomobillərin üzərinə düşdü - Ölənlər var

Braziliyada təyyarə avtomobillərin üzərinə düşdü - Ölənlər var

Braziliyanın cənub-şərqindəki Belu Orizonti şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Hadisə nəticəsində 3 nəfər həlak olub.

Daha 3 nəfərin isə xəsarət aldığı deyilir.

Təyyarə küçədə park etmiş avtomobillərin üstünə düşüb. Nəticədə ərazidə yanğın başlayıb.

Yanğının qarşısının alınması üçün 4 yanğınsöndürmə briqadası cəlb olunub.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31