Çin yeni "Uçan boşqab" yaratdı

Çin yeni "Uçan boşqab" yaratdı

Çin Tianjin şəhərində keçirilən sərgidə yeni bir helikopterin tanıtımını həyata keçirib.

"Super Great White Shark" (Super Böyük Ağ Köpəkbalığı) adlandırılan helikopter 1950-ci illərin elmi-kütləvi filmlərinin görüntülərini 21-ci əsrin texnologiyası ilə birləşdirir. Helikopterin "gələcəkdəki məlumat müharibəsi" üçün hazırlandığı bildirilib.

Helikopterin ilk fotoları Çinin dövlət qəzeti olan "Global Times"da yayımlanıb. Hekikopter ABŞ-ın AH-64 Apache, CH-53 Sra Stallion və Rusiyanın Ka-52, Mi-26 kimi müasir helikopter dizaynlarını özündən əks etdirir. Onun ABŞ istehsalı B-2 helikopteri ilə eyni qanad formasına malik olduğu bildirilib.

Bu helikopter 7.6 metr uzunluğunda və 3 metr hündürlüyündədir və 2 nəfəri daşıya biləcək formadadır.

Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31