Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək
Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək
21 Oktyabr 2019 15:54 DünyaOktyabrın 22-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək.
Olaylar.az türk mediasına istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT World Forum"dakı çıxışında bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə prosesi müzakirə edib lazımi addımları atacağıq:
"120 saatın böyük bir hissəsi başa çatdı. Sabah Soçiyə səfərimiz var. Rusiya prezidenti Vladimir Putinlə görüşümüz var. Onunla bu prosesi müzakirə etdikdən sonra növbəti addımı atacağıq", - deyə prezident vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31