Ərdoğan: "Terrorçularla bir masaya oturmayacağıq"
Ərdoğan: "Terrorçularla bir masaya oturmayacağıq"
21 Oktyabr 2019 15:53 Dünya"Biz özümüz üçün nə istəyiriksə, dünya üçün də onu istəyirik".
Olaylar.az türk mediasına istinadən bildirir ki, bunu bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT World Forum"dakı çıxışında deyib.
"Biz terror qruplaşması ilə masaya oturmadıq və oturmayacağıq. Başqaları otura bilər, ancaq bu bizi maraqlandırmır. Bir tərəfdən terrorçulara qarşı mübarizə deyəcəklər, digər tərəfdən də terrorçuları ərköyünləşdirəcəklər", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə Beynəlxalq ictimaiyyətdən iqtisadi, siyasi və sosial dəstək gözlədiyi halda, bu addımı atmadılar: "Terrora qarşı mübarizənin bizimlə bitəcəyini iddia edənlər yanılırlar. Bu, bir gün onların da qapısında olacaq. Avropa İttifaqı ölkələri, NATO üzvləri terror qruplaşmasını müdafiə etdilər. Odur ki, terrora qarşı olanlar bunu açıq şəkildə əməli olaraq göstərməlidir. Biz babalarımızın olduğu bütün yerlərdə - Asiyadan Afrikayadək hər yerdə varıq. Afrikadan Cənubi Amerikayadək bizə uzadılan əlləri tutacağıq. Biz özümüz üçün nə istəyiriksə, dünya üçün də onu istəyirik. Dünya I Dünya müharibəsindən sonrakı dünya deyil, dəyişib. BMT-də islahatlar həyata keçirməliyik. Terror qruplaşmalarının mirzələrindən deyil, bizi bizdən dinləyin", - deyə Türkiyə prezidenti vurğulayıb.