Terrorçular Suriyadan çıxan ABŞ hərbçilərinə belə yalvardılar – Şok görüntülər
Terrorçular Suriyadan çıxan ABŞ hərbçilərinə belə yalvardılar – Şok görüntülər
21 Oktyabr 2019 15:36 DünyaYPG-li terrorçular ABŞ Prezidenti Donald Trampın təlimatı ilə Suriyadan geri çəkilməyə başlayan hərbçilərə yalvarıb.
Olaylar.az xəbər verir ki, ABŞ hərbçilərinin bölgəni tərk etməsindən narahatlıq duyan terrorçular "Nə olar getməyin" şüarı yazaraq konvoyların önünü kəsiblər.
Sahela sərhəd keçid məntəqəsindən İraqa keçid edərkən PKK/ YPG tərəfdarı olan bir qrup konvoyun qabağında dayanaraq hərəkətinə imkan verməməyə çalışıb.
Sosial mediada yayılan görüntülər ətrafında geniş müzakirələr açılıb.
Xatırladaq ki, Suriyadakı ABŞ əsgərləri bu gün İraqın Dohuk şəhərinə daxil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31