Zelenskinin bənzəri olan özbək ulduza çevrildi- VİDEO

Zelenskinin bənzəri olan özbək ulduza çevrildi-VİDEO

Özbəkistandan olan miqrant qısa müddət ərzində ulduza çevrilib. Sözügedən şəxs Ukrayna prezidenti Vladimir Zelenskiyə bənzəyir. O, Moskvada arvadə və uşaqları ilə yaşayır, təkər təmiri sexində çalışır.
Moskva metrosunda vaqonda əyləşən şəxsin fotosu qısa müddət ərzində sosial şəbəkələrdə paylaşılıb. Sonradan isə başqa foto və videolar yayılıb.
Məlum olub ki, Zelenskinin oxşarının adı Ümiddir. O, etiraf edib ki, bu vaxta qədər Zelenski barədə məlumatsız olub. Amma dostları ona tez-tez hansısa yumor ustasına bənzədiyini deyiblər. Hazırda onu Dima və ya Ümid Zelenski adlandırırlar.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31