Ərdoğandan ABŞ-a sərt xəbərdarlıq – “Hərəkat davam edəcək”
Ərdoğandan ABŞ-a sərt xəbərdarlıq – “Hərəkat davam edəcək”
18 Oktyabr 2019 17:28 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici media nümayəndələrini qəbulunda çıxış edib.
Olaylar.az türk mediasına istinadən bildirir ki, Ərdoğan razılığa gəldiyi müqavilə ilə bağlı ABŞ-a xəbərdarlıq etdiyini bildirib.
"Bu arada terrorçuların əllərindəki silahlar toplanacaq. Qurduqları tələlər məhv ediləcək və yaratdığımız etibarlı rayondan çıxacaq. Nəzarət Türk Silahlı Qüvvələrin olacaq. Təhlükəsizlik qüvvələrimiz bu işlər bitənə qədər təhlükəsiz zonadan ayrılmayacaq. ABŞ çərşənbə axşamına qədər bizə verdiyi sözləri tutarsa təhlükəsiz bölgə məsələsi həll edilmiş olacaqdır. Əgər mənə verilən öz yerinə yetirilməmiş olsa, 120 saatdan sonra hərəkatımız qaldığı yerdən qərarlı bir şəkildə davam edəcəkdir", - deyə Türkiyə Prezidenti söyləyib.