Ahmet Hakan Bakıdan yazdı – “Belə makiyaja can qurban!”

Ahmet Hakan Bakıdan yazdı – “Belə makiyaja can qurban!”

Türkiyənin "Hürriyyet" qəzetinin köşə yazarı Ahmet Hakan "Bakü seyahatinden dönerken uçakta gözlemlediğim Tayyip Erdoğan" başlıqlı köşəsində Bakı barədə xoş sözlər yazıb.

Olaylar.az "Hurriyet"ə istinadən bildirir ki, müəllif gəlmədən öncə paytaxtımızı bəyənmədiyini etiraf edib:
 "Aşağılayaraq getmişdim, aşağılayaraq getdiyim üçün faciəvi şəkildə utanaraq dönürəm.

Qafqazın Parisi deyəcəyəm, ancaq Parisə lütf göstərmiş olaram deyə narahatam.

Bizim Nişantaşı var aaa... Onu 40-a vurun... Bakıda bax belə bir Nişantaşı var.

"Küləklər şəhəri" deyirlərmiş Bakıya... Vallahi-billahi düz edirlər.

Hər şey necə yeni və hər şey necə də keçmişə hörmətlə edilmişdi... Məəttəl qaldım!

Simiti xırıltıyla yemirlər, ancaq çayı mürəbbə ilə içirlər Bakıda... Elə mənimsəmişəm ki, mən də artıq mürəbbə ilə içirəm.

Samovar var aaa samovar... Onun vətəni Bakı imiş.

Bir-birindən gözəl və cəlbedici binalar üçün "Hamısı makiyaj, hamısı saxta" filan deyirlər. Belə makiyaja can qurban!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31