Tramp Türkiyənin terror əməliyyatlarını uşaq davasına bənzətdi

Tramp Türkiyənin terror əməliyyatlarını uşaq davasına bənzətdi

ABŞ Prezidenti Donald Tramp Türkiyənin terror təşkilatlarına qarşı başlatdığı hərəkatı uşaq davasına bənzədib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, Tramp bu barədə Türkiyəmim Suriyada başlatdığı "Barış pınarı" hərəkatı barədə çıxışı zamanı bildirib.

Bəzən onlara dalaşmaq üçün vaxt vermək lazımdır, sonra insanlar hərbi əməliyyatlarının nə qədər qəddar olduğunu başa düşməyə başlayırlar. Türkiyə və kürdlər iki uşağa bənzəyirlər: birinci onlara dalaşmaq üçün vaxt verirsən, sonra isə bir-birindən ayırırsan", - deyə Tramp qeyd edib.

"Onlar cəmi bir neçə gün vuruşdular, bu olduqca şiddətli idi. Kürdlər bizim dostlarımızdır, Türkiyə də bizim dostumuzdur, amma onlar vuruşurdular. Onlar razılığa gələ bilmirdilər. Biz oraya getdik və fasilə istədiyimizi söylədik", - deyə prezident bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31