Merkel: “Bölgədə güc balansı dəyişir”
Merkel: “Bölgədə güc balansı dəyişir”
18 Oktyabr 2019 16:26 Dünya"ABŞ-ın Suriyadan qoşunlarını çıxarması bölgədə güc balansını daimi olaraq dəyişdirdi".
Bunu Almaniya kansleri Angela Merkel bildirib. O qeyd edib ki, ABŞ ordusunun bölgədən çıxması ilə, Rusiya və İranın rolu böyük ölçüdə güclənib.
Merkel həmçinin, Türkiyəyə silah satışının dayandırılması məsələsinə də toxunub. O bildirib ki, Türkiyə cənub sərhədində təhlükəsizlik məsələlərini hərbi yolla deyil, sadəcə diplomatik yolla həll edə bilər: "Türkiyənin hərbi əməliyyatı sadəcə "humanitar böhranlara" səbəb olacaq. Bu səbəblə Türkiyəyə silah təslimatı dayandırılıb".
azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31