“120 saat ərzində bölgənin boşaldılacağı barədə razılıq var”

“120 saat ərzində bölgənin boşaldılacağı barədə razılıq var”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la əldə edilən Suriya ilə bağlı razılaşmaya toxunub.

Prezident 13 maddədən ibarət olan maddənin dünya ictimaiyyətinə çatdırdıqlarını vurğulayıb: "120 saatlıq müddət artıq başlayıb. Uzunluq etibarı ilə 444 kilometr məsafə mövcuddur. 120 saat ərzində bu ərazilərin boşaldılacağı barədə razılıq var. Davamlı olaraq əlaqə saxlayacağıq. Əgər 120 saatı müvəffəqiyyətlə bitirə bilsək. Çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin görüşəcəyəm. Putinlə görüşümüz bu prosesin bir qolu olacaq. Milli müdafiə naziri ilə əlaqə saxladın. Bölgədən geri çəkilməyə başladıqlarını söylədi".

Ərdoğan vurğulayıb ki, razılaşmanın əsas xüsusiyyətlərindən biri də budur ki, hazırda bölgədəki ordumuz ərazini tərk etməyəcək: "Ərazidə atışmadan söz gedə bilməz. Dezinformasiyalara fikir verməyək".

Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31