“Barby”nin məşhur evi kirayə verilir

“Barby”nin məşhur evi kirayə verilir

Bu il məşhur "Barby" kuklasının 60 illik yubileyi münasibətlə "Airbnb" ev kirayəsi agentliyi aksiya keçirir.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, şirkətin "Instagram" səhifəsində "Barby" evinin kirayə verilməsi haqqında elan dərc olunub.

Evin kirayəsi yalnız 2 günlük, 27-29 oktyabr tarixləri üçün nəzərdə tutulub. Onun kirayəsi günə cəmi 60 dollara başa gələcək.

Evin kirayəsi 23 oktyabr tarixindən mümkün olacaq.

Qeyd edək ki, unikal ev Kaliforniyada Malibu çimərliyində yerləşir. Ev üçmərtəbəlidir və 4 qonaq üçün nəzərdə tutulub: içində 2 yataq və 2 vanna otağı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31