Fransız polisi yeni “11 sentyabr”ın qarşısını aldı
Fransız polisi yeni “11 sentyabr”ın qarşısını aldı
18 Oktyabr 2019 14:08 DünyaFransada 2001-ci il 11 sentyabr terror aktı planına oxşar ssenari ilə həyata keçirilməsi nəzərdə tutulan teraktın qarşısı alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Frans İnfo" radiostansiyası Daxili İşlər naziri Kristof Kastanerə istinadən informasiya yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları artıq terakt hazırlığında şübhəli şəxsi saxlayıblar.
Fransa vətəndaşı olan bu şəxsin təyyarə qaçırmağı planlaşdırdığı qeyd edilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31