“Diriliş Osman” yayımlanmadan rekorda imza atdı
“Diriliş Osman” yayımlanmadan rekorda imza atdı
18 Oktyabr 2019 14:04 Dünya"Diriliş Ərtoğrul" serialının davamı olaraq çəkilən "Diriliş Osman" serialı rekorda imza ataraq, ilk fraqmentindən sonra adları hələlik açıqlanmayan beş ölkəyə satılıb.
Olaylar.az türk mediasına istinadən xəbər verir ki, tanıtım videosu 20 milyondan çox izlənilən serial ingilis, ispan, rus, ərəb və bir çox başqa dillərə tərcümə olunub.
Serial xaricdə "The Ottoman" adı ilə yayımlanacaq.
Qeyd edək ki, serialda baş rol ifaçısı Burak Özçivitdir. Serial yaxın vaxtlarda Türkiyənin "ATV" telekanalında yayımlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31