Əfsanəvi balerina vəfat etdi
Dünyaca məşhur kubalı balerina və xoreoqraf Alisiya Alonso 98 yaşında vəfat edib
18 Oktyabr 2019 14:01 DünyaDünyaca məşhur kubalı balerina və xoreoqraf Alisiya Alonso 98 yaşında vəfat edib. Bu barədə Kuba Milli Operasının mətbuat xidməti məlumat verib.
Balerinanın ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, A.Alonso 1920-ci ildə Kubanın paytaxtı Havana şəhərində anadan olub. Məhz o, Kuba baletini dünya səhnəsinə çıxarıb. Alonso 1948-ci ildə Kuba Milli Operasının əsasını qoyub. Havanadakı Böyük Teatr onun adını daşıyır.


qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31