Məktəbə gedən 11 yaşlı qızı qaçırıb təcavüz etdilər
Məktəbə gedən 11 yaşlı qızı qaçırıb təcavüz etdilər
18 Oktyabr 2019 13:22 DünyaSeksual manyak 11 yaşlı uşağ qaçıraraq ona üç fərqli məkanda təcavüz edib.
İnsanı dəhşətə gətirən hadisə Avstraliyanın Nyu Souz Veyl bölgəsində baş verib. 49 yaşlı pedofil Bred David Hill məktəbə gedən qızı zorla avtomobilinə mindirərək qaçırıb. Heç kimin olmadığı bir yerdə maşını saxlayan manyak azyaşlıya təcavüz edib. Sonra bir neçə fərqli yerdə kiçik qıza təcavüz edən manyak ərazidən qaçıb.
5 saatlıq işgəncədən sonra evinə gedən azyaşlı başına gələn çirkin hadisəni valideynlərinə danışıb. Qızın ailəsi polisə məlumat verdikdən sonra 49 yaşlı manyak saxlanılıb.
Törətdiyi iyrənc əməli etiraf edən pedofil məhkəmənin qərarı ilə 20 il müddətinə həbs edilib.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31