ABŞ mediası Trampa qarşı: "Ərdoğan qələbə çaldı"
ABŞ mediası Trampa qarşı: "Ərdoğan qələbə çaldı"
18 Oktyabr 2019 13:16 DünyaABŞ mətbuatı Türkiyə ilə Suriya məsələsində razılıq əldə olunmasını "Türkiyənin zəfəri" kimi təqdim edib.
Olaylar.az xəbər verir ki, ABŞ-ın nüfuzlu "Nyu York Tayms" nəşri məsələ ilə bağlı "Türkiyə savaşı dayandırmağı qəbul elədi, lakin qoşunlarını Suriyanın şimal-şərqindən çıxarmayacaq" başlıqlı geniş məqalə yayımlayıb.
"Razılaşma bir çox cəhətdən Türkiyə üçün zəfərdir. Türkiyəyə istədiyinin bir çoxu verildi və Trampın iqtisadi sanksiyalarının da qarşısı alındı", - nəşr yazıb.
Nəşr həmçinin razılaşmaya tənqidi yanaşanların sözügedən sənədi "Trampın Ərdoğan tərəfindən bir gündən qısa müddət ərzində ikinci dəfə alçaldılması" kimi qəbul etdiyini qeyd edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31