“Bir neçə gün əvvəl…” - Türk prezident ölümlə təhdid olundu
“Bir neçə gün əvvəl…” - Türk prezident ölümlə təhdid olundu
18 Oktyabr 2019 12:45 DünyaŞimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı ölümlə təhdid olunduğunu açıqlayıb.
Olaylar.az xəbər verir ki, təhqir və ölüm təhdidləri ilə üzləşən Akıncı məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib.
Akıncı sosial şəbəkə hesabı üzərində yaydığı açıqlamada qeyd edib:
"Bir neçə gün əvvəl verdiyim açıqlamalara təhqir və ölüm təhdidi ilə cavab verənlər var. Bu barədə Baş Prokurorluq və polis idarəsinə müraciət etmişəm. Məsələ bundan sonra hüquqi çərçivədə həll olunacaq".
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31