Əməliyyatların 10-cu günündə türk ordusundan İNANILMAZ UĞUR- dəhşətli hücumlar başladı

Əməliyyatların 10-cu günündə türk ordusundan İNANILMAZ UĞUR- dəhşətli hücumlar başladı

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı keçirdiyi "Sülh çeşməsi" (Parış pınarı) əməliyyatı 10-cu günündə planlaşdırıldığı kimi davam edir.

Olaylar.az  xəbər verir ki, Fərat çayının şərqindəki 120 kilometrlik Türkiyə-Suriya cəbhə xətti PKK-dan təmizlənmək üzrədir.

Suriyanın daxilində doğru 35 km irəliləyən Mehmetçik və Suriya Milli Ordusu terrorçuların casus yuvasına çevirdiyi ilçə mərkəzlərini təhlükəsiz etmək üçün işlər aparır.

Hərəkatın ilk cəbhəsi olan Təl Abyad və Ras əl Eyn arasındakı 120 kilometrlik bölgənin 100 kilometrə yaxınında hakimiyyət əldə olunub. TSQ və SMO son 24 saatda 20-yə yaxın kəndi terrorçulardan təmizləyib. İşğaldan azad edilən kənd sayı 80-i keçib. Tunellərdən istifadə edərək üzə çıxan PKK-çılar SMO döyüşçləri tərəfindən məhv edilir. Birliklər təşkilatın qadın qolu olan YPJ-nin qərargahını da ələ keçirib.

Ras əl Eynin xarici məhəllələrindəki terror hədəfləri tank və top atışları ilə dünən gün boyu davam edib. Bomba düşən nöqtələrdə çıxan yanğınlar terrorçuların sursat anbarlarının partladığını göstərir. Ras əl Eyndən İraq sərhədinə uzanan quru yolu əməliyyatların ikinci mərhələsinə start verilmədiyi üçün hələ də açıqdır. Terrorçular Qamışlıdan Ras əl Eyn tərəfinə M4 magistral yolunu istifadə edərək silah daşıyır. TSQ təqib etdiyi konvoyların nöqtələrini müəyyən edərək hava hücumu ilə məhv edir.

Hərəkatın 9-cu günündə zərərsizləşdirilən terrorçu sayı 702-yə çatıb. 40 PKK-çı sağ ələ keçirilib. Rakka və Tabqada zorla silahlandırılan 600-yə yaxın şəxs təşkilatdan qaçıb.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31