Tülkü hava limana girib “Boeing”in uçuşunu ləngitdi - Video

Tülkü hava limana girib “Boeing”in uçuşunu ləngitdi - Video

Moskvanın Şeremetyevo hava limanında tülkü uçuş-eniş zolağına çıxaraq "Boeing"ın uçuşuna əngəl törədib.

Olaylar.az  xəbər verir ki, hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Təyyarə uçuşa hazırlaşdığı zaman tülkü onun qarşısından keçib. Mühərriklərin səs-küyu heyvanı qorxudaraq zolaqdan qaçmağa məcbur edib.

Son zamanlar Moskva aeroportlarında tülkülərlə bağlı artıq bir neçə hadisə baş verib. Belə ki, sentyabrda Domodedovo hava limanında tülkü gözləmə zalında azmışdı.

Bizimyol.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31