“Vəziyyət kritikdir” – Çavuşoğlu
“Vəziyyət kritikdir” – Çavuşoğlu
17 Oktyabr 2019 12:27 Dünya"Türkiyə ABŞ-ın sanksiyalarına cavab verəcək".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir ABŞ-ın Türkiyəyə qarşı bütün təhdid və sanksiyalarının qəbuledilməz olduğunu vurğulayıb.
Çavuşoğlu ABŞ Konqresinin dağıdıcı yanaşmadan imtina etməsini gözlədiyini də söyləyib. Onun sözlərinə görə, hazırda Ankara ilə Vaşinqton arasında münasibətlər kritik mərhələdədir.
O, bunu Ankaraya gələn vitse-prezident Mayk Pensin başçılıq etdiyi ABŞ nümayəndə heyətinə çatdıracağını qeyd edib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31