Dəhşətli döyüşlər gedir, çox sayda kənd azad edildi, F-16-lar havaya qalxdı və...

Dəhşətli döyüşlər gedir, çox sayda kənd azad edildi, F-16-lar havaya qalxdı və...

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı keçirdiyi "Sülh çeşməsi" (Parış pınarı) əməliyyatı 9-cu günündə planlaşdırıldığı kimi davam edir.

Oktyabrın 9-da başlanan əməliyyat çərçivəsində indiyə kimi 673 terrorçu zərərsizləşdirilib.

Bu gün ərzində xeyli sayda kəndin terrordan təmizləndiyi açıqlanıb. F-16-lar Təl Abyad və Rəsulayn şəhərlərində terrorçuların mövqelərini bombalayaraq yox ediblər.

Şəhər mərkəzi terror təşkilatından təmizlənən Rəsulaynın sənaye zonası hesab olunan bölgəsində döyüşlər şiddətlənib. PKK/YPG-nin ciddi silah-sursat ehtiyatı olduğu bölgəyə sızan Suriya Milli Ordusu ilə terrorçular arasında şiddətli döyüşlər davam edir.

Terrorçulardan təmizlənən Tel Abyad və ətraf ərazilərdə çox sayda silah-sursat ələ keçirilib.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31