PKK tərəfdarları Almaniyanın türk əsilli vətəndaşını bıçaqladı
PKK tərəfdarları Almaniyanın türk əsilli vətəndaşını bıçaqladı
17 Oktyabr 2019 11:42 DünyaHadisə Lyudenşayd şəhərində baş verib
PKK terror təşkilatının tərəfdarları Almaniyanın türk əsilli vətəndaşını bıçaqlayıblar.
"Anadolu" agentliyinə istinadən xəbər verilir ki, hadisə Lyudenşayd şəhərində baş verib.
Bildirilir ki, hadisə PKK tərəfdarlarının Türkiyənin "Barış pınarı" antiterror əməliyyatına qarşı etiraz aksiyası zamanı qeydə alınıb.
Terror təşkilatının tərəfdarları türk mənşəli AFR vətəndaşının kürək nahiyəsinə bıçaq xəsarəti yetiriblər. Əlli yaşlı şəxs xəstəxanaya yerləşdirilib. Yerli polisin nümayəndəsi bildirib ki, onun vəziyyəti ağırdır.
Polis nümayəndəsinin sözlərinə görə, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31