Tramp: "Bu halda ABŞ-ı “Böyük depressiya” gözləyir"
Tramp: "Bu halda ABŞ-ı “Böyük depressiya” gözləyir"
17 Oktyabr 2019 11:02 DünyaDemokratların namizədi ABŞ-dakı prezident seçkisində qalib gəlsə, Amerikanı yeni "Böyük depressiya" gözləyir.
Olaylar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz Tvitter səhifəsində paylaşıb. O özünün siyasi rəqiblərini "təlxək" adlandırıb:
"Əgər bu təlxəklərdən hansısa biri prezident olsa, bizim rekord iqtisadiyyatımız 1929-cu ildəki kimi dağılacaq".
Qeyd edək ki, "Böyük depressiya" 90 il öncə - 1929-cu ildə başlayıb. Buna səbəb Nyu York Fond Birjasında baş verən həyəcan olub. Nəticədə şirkətlərin səhmləri qəfil olaraq düşüb və bütün dünyada 5 il davam edən maliyyə böhranı başlayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31