ABŞ Suriyadakı anbarlarını bombardman etdi

ABŞ Suriyadakı anbarlarını bombardman etdi

ABŞ hərbçiləri Suriyanın şimalına aviazərbələr endiriblər.

Olaylar.az  xəbər verir ki, bu məlumatı "Röyter" öz mənbələrinə istinadən yayıb. Məlumata görə, zərbəni ABŞ-ın iki F-15 təyyarəsi endirib. Təyyarələrin hədəfi ABŞ-ın bölgədən çıxmasından sonra burada qalan hərbi sursat və hərbi texnika anbarları olub.

Agentliyin mənbəsi anbarların ABŞ hərbçilərinin bazanı tərk etməsindən dərhal sonra vurulduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31