Etirazçılar Barselonada küçələri zibil konteynerləri ilə bağlayırlar
Etirazçılar Barselonada küçələri zibil konteynerləri ilə bağlayırlar
17 Oktyabr 2019 10:18 DünyaBarselonada hüquq-mühafizə orqanları Kataloniya hakimiyyəti yanında Daxili İşlər Departamentinin binasının qarşısına gələn etirazçıları oradan çıxardırlar.
Olaylar.az Trend-ə istinadən bildirir ki, şəhərdə fişəng səsləri eşidilir, şəhərin üzərində helikopterlər uçur.
Üzləri bağlı etirazçılar küçələri zibil konteynerləri ilə bağlayırlar. Oradan keçən insanlarla etiraçılar arasında qarşıdurmalar baş verir. Etirazların keçirildiyi zonaya hər tərəfdən giriş bağlıdır.
İlkin məlumata əsasən, etiraz aksiyasında 22 min insan iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31