Misirdə iyirmidən çox möhürləmiş sarkofaq aşkarlanıb
Misirdə iyirmidən çox möhürləmiş sarkofaq aşkarlanıb
16 Oktyabr 2019 18:39 DünyaArxeoloqlar Misirin Luksor şəhərindən cənubda 20-dən çox möhürləmiş taxta sarkofaq aşkarlayıblar.
AZƏRTAC Phys.org portalına istinadla xəbər verir ki, bu barədə Misirin Qədim Tarixi üzrə Nazirliyi məlumat yayıb.
Sarkofaqlar Asasif nekropolunda aparılan qazıntılar zamanı tapılıb. Onlar yaxşı qaldığından üzərindəki rəngarəng şəkillər və yazılar aydın görünür. Qədimdə həmin yerdə Qərbi Fiva fironlarının paytaxtı yerləşirdi. Tədqiqatçılar bu ərazilərdə çox sayda sərdabə və digər qədim abidələri üzə çıxarıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31