Notr-Dam ayağa qalxır
Notr-Dam ayağa qalxır
16 Oktyabr 2019 16:25 DünyaFransanın paytaxtı Parisin simvolik abidələrindən biri olan və aprel ayında baş verən yanğında ciddi ziyan görən Parisin Notr-Dam kilsəsində təmir işləri davam edir.
Rəsmi şəxslər tamamilə yanan və əriyən çardağın qısa müddətdə yenilənəcəyini və təmir işlərinin sürətləndiriləcəyini bildiriblər. Xatırladaq ki, Notr-Dam 1137-1180-ci illər arasında hökmranlıq edən Kral VII Lüdovikin əmri ilə Parisin siyasi, iqtisadi və mədəni gücünü dünyaya göstərmək üçün inşa edilmişdir. Dünya memarlıq tarixinin incilərindən biri olan Notr-Dam Katedralında baş verən yanğında 69 metr hündürlüyündəki mərkəzi zəng qülləsi uçub və damı çöküb.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31