“Ovçu” silahla sınaqdan keçiriləcək
“Ovçu” silahla sınaqdan keçiriləcək
16 Oktyabr 2019 16:22 DünyaPilotsuz uçan "Ovçu" dronunun sınaqları 2020-ci ildə ilk dəfə olaraq silah tətbiq edilməklə baş tutacaq.
Olaylar.az xəbər verir ki, bununla bağlı qeyri-rəsmi məlumat yayan TASS bildirir ki, cihaz 2019-cu ildə Rusiyanın Axtubinsk şəhərində sonuncu dəfə silahsız sınaqlardan keçiriləcək.
Müdafiə Sənaye Kompleksinə istinadən xəbər yayan agentliyin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin Dövlət Uçuş Test Mərkəzi 2020-ci ildə "Ovçu" cihazının Axtubinskdə sınağını davam etdirəcək.
Bildirilir ki, üstəlik bəzi hallarda təyyarənin hər gün səhər-axşam bir neçə dəfə həm sərbəst, həm də qırıcı təyyarələrlə bərabər havaya qalxacağı gözlənilir.
Xatırladaq ki, agentlik mənbənin verdiyi məlumatın rəsmi təsdiqinə sahib olmadığını vurğulayıb. Bildirib ki, təyyarə ilk dəfə avqustun 3-ü havaya qalxıb və aeroportun idarəçiliyi ilə 20 dəqiqədən çox havada qalıb. "Ovçu"nun növbəti uçuşu sentyabrın 27-si SU 57 ilə olub. Təyyarə 1600 km hündürlükdə avtomatik rejimdə manevr edib. Ümumu uçuş 30 dəqiqədən çox sürüb.
Qeyd edək ki, "Ovçu" "Ucanqanad" sxeminə əsasən tamamlanıb. Təyyarənin çəkisi 20 ton, sürəti saatda 1000 kilometrdir.
azadinform.az