Torpağa yazdığı mesaj həyatını xilas etdi- FOTO
Torpağa yazdığı mesaj həyatını xilas etdi-FOTO
16 Oktyabr 2019 16:14 DünyaAvstraliyanın cənubunda üç gün əvvəl düşərgədən itkin düşən 55 yaşlı Debora Pilqrim boş bir evin baxçasında torpağa "SOS" mesajı yazıb. Bu mesajdan sonra qadın xilas edilib. Ev sahibi baxçasını mobil telefon vasitəsi ilə izləyib və SOS yazısını görərək polisə xəbər verib. Polis də qadını xilas edib.
Avstraliya mətbuatının xəbərinə əsasən, Debora qrupdan ayrıldıqdan sonra itkin düşüb. Pilqrimin axtarışları üçün helikopterlər də cəlb edilib. Onun "SOS" mesajı yazdığı evin sahibi Nil Marriot deyib:
"Yaxınlıqda itkin düşən qadının axtarıldığını eşidəndə mobil telefonumu yoxladım və baxçadakı mesajı gördüm".

Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31