Ərdoğandan sərt sözlər: “Yüz minlərlə insanı qətlə yetirmisiz”

Ərdoğandan sərt sözlər: “Yüz minlərlə insanı qətlə yetirmisiz”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Barış pınarı" hərəkatına qarşı çıxan Fransa Prezidenti Emanuel Makrona sərt sözlər deyib.

Olaylar.az türk mediasına istinadən bildirir ki, Ərdoğan bu barədə AK Partinin Qrup Toplantısındakı çıxışında danışıb.

Dövlət başçısı qeyd edib ki, Türkiyə bu məsələdə ittiham ediləcək bir ölkə deyil:

"Ruandada, Əlcəzairdə yüz minlərlə insanı qətlə yetirən siz deyilmisiniz? Sən mənə bunları necə deyərsən? Güzgüyə bax, güzgüyə. Vətəndaş qətliamı görmək istəyirsinizsə separatçı terror təşkilatının ölkəmizdə gördüyü hərəkətlərə baxın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31