Ərdoğan açıqladı – Yalnız bu halda “Barış pınarı” başa çatacaq
Ərdoğan açıqladı – Yalnız bu halda “Barış pınarı” başa çatacaq
16 Oktyabr 2019 15:58 Dünya"Terrorçuları təqib etdik, edəcəyik. Hazırda 1220 km-lik ərazini terrorçulardan təmizlədik".
Olaylar.az türk mediasına istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki farksiyasının genişlənmiş toplantısında bildirib.
Türkiyə Prezidenti antiterror əməliyyatının hədəflərindən və görəcəkləri işlərdən danışıb: "Türkiyənin müttəfiqliyini göz ardına alıb, terror qruplaşmasının könlünü xoş etmək istəyirsizsə, bizim şərtimiz elan etidyimiz 32 km-lik təhlükəsizlik bölgədən bu gecə bütün terrorçuların çıxmasıdır. Onda bizim "Barış pınarı" aniterror əməliyyatı başa çatacaq. Yox, terrorçuları qorumaq istəyirlərsə, o zaman yenə də onların bölgədən çıxması lazımdır. Yox, terrorçular vasitəsi ilə bizə təzyiq etmək istəyirlərsə, bağışlayın, biz buna icazə verməyəcəyik, - deyə Türkiyə Prezidenti bildirib.