Fransada məşhurlar müsəlman qadınların müdafiəsinə qalxdı - Makrona çağırış edildi

Fransada məşhurlar müsəlman qadınların müdafiəsinə qalxdı - Makrona çağırış edildi

Fransada aralarında akademiklər, sənətçiləri, rejissorlar, aktyorlar və jurnalistlərin də olduğu 90 nəfər Prezident Emmanuel Makrona çağırış ediblər.

Olaylar.az xəbər verir ki, onlar hicablı müsəlman qadınları təhqir edən sağçı millət vəkili Culyen Odulu qınamasını tələb ediblər.

Makrona ünvanlanana məktubda məşhur aktyor Omar Sy və jurnalist Alan Qreşin də imzaları var.

Məktubda qeyd edilib ki, millət vəkilinin müsəlman qadından hicabını çıxarmasını tələb etməsi bu irqçi hərəkət qəbuledilməzdir:

"Makron hicablı və ya hicabsız müsəlman qadınların cəmiyyətdə yeri olduğunu, onların ayrı-seçkiliyinə məruz qalmaması üçün açıqlama verməsi lazımdır".

Həmçinin islamafobların müsəlmanlara qarşı nifrəti təbliğat formasına salması da pislənilib. 
 

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31