Baş nazir paytaxtdakı ağacları suladı - MARAQLI GÖRÜNTÜLƏR
Baş nazir paytaxtdakı ağacları suladı - MARAQLI GÖRÜNTÜLƏR
16 Oktyabr 2019 12:32 DünyaEfiyopiyanın Baş naziri Abiy Əhməd maraqlı işə imza atıb.
Olaylar.az xəbər verir ki, baş nazir rol arxasına keçərək ağacsulama tankeri ilə paytaxt Əddis Əbəbə küçələrindəki ağacları sulayıb.
3 ay əvvəl 353 milyon fidan əkərək dünya rekordu qıran Əhmədin həmin fidanlara qulluq edilməsi prosesində iştirakı alqışlanıb.
Qeyd edək ki, Efipopiya hökuməti may ayında "Yaşıl miras" layihəsinə start verib. Bu çərçivədə ilin sonuna qədər 4 milyard ağac əkilməsi planlaşdırılır.
Xatırladaq ki, Abiy Əhməd ötən həftə Sülh üzrə Nobel mükafatına layiq görülüb.

publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
