Texnologiya Universitetinin 70 tələbəsi zəhərləndi
Texnologiya Universitetinin 70 tələbəsi zəhərləndi
16 Oktyabr 2019 12:10 Dünyaİranın paytaxtı Tehran şəhərində Elm və Texnologiya Universitetinin 70 tələbəsi zəhərlənib.
Bunu Tehran Təcili Yardım Mərkəzinin direktoru Peyman Saberian deyib.
P.Saberianın sözlərinə görə, zəhərlənməyə səbəb yataqxanada verilən yemək olub.
Direktor əlavə edib ki, hadisə ilə əlaqədar yataqxanaya 3 təcili yardım maşını və 2 avtobus göndərilib. 59 tələbəyə yataqxanada yardım edilib, 11 nəfər isə xəstəxanalara yerləşdirilib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31