Braziliyada qaz zavodunda partlayış olub: 4 nəfər ölüb
Brazıliyada qaz zavodunda partlayış olub: 4 nəfər ölüb
16 Oktyabr 2019 11:50 DünyaBraziliyanın şimalında qaz zavodunda partlayış baş verməsi nəticəsində dörd nəfər ölüb.
Bu barədə "G1" portalı bildirib.
Məlumata əsasən, saat 10.00-da oksigen və asetilen istehsal edən bir fabrikdə partlayış baş verib.
Bildirilir ki, balonların doldurulması ilə məşğul olan dörd nəfər həlak olub.
Partlayış nəticəsində müəssisənin iki işçisi də xəsarət alıb, onlar yüngül xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31