Məşhur restoran müştərilərinə eşşək əti yedizdirirmiş
Məşhur restoran müştərilərinə eşşək əti yedizdirirmiş
15 Oktyabr 2019 15:05 DünyaTürkiyənin Meşəçilik və Əkinçilik Nazirliyi (Tarım ve Orman Bakanlığı) ölkənin ən böyük şəhərlərinin restoranlarında reydlər keçirib.
Olaylar.az xəbər verir ki, bir çox restoran və kafelərdə həyata keçirilən araşdırmalar zamanı maraqlı faktlar üzə çıxıb. Nazirliyin yaydığı yekun reyddə qeyd edilir ki, bəzi obyektlər saxta məhsullardan istifadə edir, hətta müxtəlif restoranlar at və eşşək ətini müştərilərə mal əti adı ilə satır.
Məlumatda qeyd edilir ki, İstanbulun məşhur "Sultanahmet köftecisi" restoranı müştərilərini aldadaraq onlara eşşək əti yedizdirir.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31