İngiltərə Avropa İttifaqından çıxır – Qitə dövlətləri təcili toplanır

İngiltərə Avropa İttifaqından çıxır – Qitə dövlətləri təcili toplanır

Avropa İttifaqı oktyabrın sonunda Böyük Britaniyanın ittifaqdan çıxması (Brexit) ilə əlaqədar fövqəladə sammit çağıra bilər.

Olaylar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumatda bildirilib ki, yeni Brexit zirvə görüşü haqqında müzakirələr bu ayın sonunda yenidən başlayacaq.

BBC qeyd edir ki, 17-18 oktyabr tarixlərində Avropa İttifaqı dövlət və hökumət başçılarının zirvə görüşündən sonra İngiltərə ilə Aİ arasındakı danışıqlarda böyük irəliləyiş haqqında bir bəyanat veriləcəyi gözlənilir.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31