"Sülh çeşməsi"nin 7-ci günündə dinc sakinlərə hücum - Müdafiə naziri Rusiyaya zəng etdi və...

"Sülh çeşməsi"nin 7-ci günündə dinc sakinlərə hücum - Müdafiə naziri Rusiyaya zəng etdi və...

Müharibə məkanında kritik saatlar yaşanarkən Ankara-Moskva xəttində iki önəmli telefon danışığı baş tutub.

Olaylar.az  xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə, baş qərargah rəisi Yaşar Gülər isə rusiyalı həmkarı Valeri Gerasimov ilə telefonda Suriyadakı vəziyyəti müzakirə edib.

Qeyd edək ki, Türkiyənin "Hürriyət" qəzeti "Sülh Çeşməsi" hərəkatının nə zaman bitəcəyinin məlum olmadığını bildirib. Əbdülqədir Səlvinin qələmə aldığı məqalədə Milli Müdafiə naziri Hulusi Akarın İYİ Partiyasının sədri Meral Akşener və CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşündə hərəkatın planlaşdırılan təqvimdən daha tez hərəkət etdiyi, lakin əməliyyatın nə zaman sona çatacağı mövzusunda tarix vermədiyi bildirilib: "Bu, ucu açıq əməliyyatdır. Bu əməliyyatın son hədəfi isə terror korridorunu ortadan qaldırmaqdır".

Publika.az

Nazirlik son rəqəmi açıqladı: 595 meyit

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31