Suriyada rus və türk əsgərləri üz-üzə gələ bilərmi? – Kremldən açıqlama

Suriyada rus və türk əsgərləri üz-üzə gələ bilərmi? – Kremldən açıqlama

Kreml Suriyada türk-rus hərbçilərinin üz-üzə gəlməsi ehtimalları haqqında mövqeyini açıqlayıb.

Olaylar.az  xəbər verir ki, bu barədə jurnalistlərin sualına Kreml sözçüsü Dmitiri Peskov cavablandırıb.

"Sülh çeşməsi" əməliyyatı çərçivəsində Türkiyə və Rusiya əsgərlərinin üz-üzə gəlməsini gözləyib-gözləmədiyi haqda suala cavabında Peskov bildirib ki, belə bir ehtimal düşünmək belə istəmirlər:

"Suriya ordusunun Türkiyənin əməliyyat keçirdiyi bəzi ərazilərə daxil olduqdan sonra Suriyadakı türk və rus hərbçilər arasında silahlı qarşıdurmanın baş vermə təhlükəsi varmı" sualına Peskov: "Dediklərimə əlavə edəcəyim bir şey yoxdur. Barəsində söz açılan təhlükənin olmaması üçün əsgərlərimiz arasında əlaqə mövcuddur" ifadəsini işlədib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31